Bakı. Trend:
Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraqZığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20km/saat endirilib.
Trend-in məlumatına görə, bu barədə Daxiliİşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)məlumat yayıb.
Bildirilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürəttablolarında dəyişiklik edilib.
Eyni zamanda, tablolarda “sürüşkən yol” işarəsi qoyulub.Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahişedilib.