AZ

“Qarabağ” erkən qol vursa… “

“Qarabağ” Avropa Liqasının II turunda “Malmö”nü qəbul edəcək. Sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:45-də start veriləcək.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında oyunla bağlı fikirlərini bildirdi:

“Qarabağ”dan gözləntilərim müsbətdir. Bakıda azarkeşləri qarşısında oynayacaqlar. Bu, komanda üçün əlavə stimuldur. Eyni zamanda, “Tottenhem”lə ilk oyun komanda üçün müəyyən təcrübə qazandırdı. İnanıram ki, “Qarabağ” erkən dəqiqələrdən öz oyununu rəqibə aşılaya bilsə, yaxşı nəticə əldə edəcək”.

Mütəxəssis “Malmö”nün zəif komanda olmadığını və kompakt futbol oynayacağını deyib:

“Malmö” də zəif rəqib deyil. İsveç çempionatında liderdirlər və kompakt oynamağı bacarırlar. Onların əsas məqsədi əks-hücumlardan qol vurmaq olacaq. “Qarabağ” erkən qol vursa, oyunun qalan hissəsi daha rahat keçəcək”.

Şahin Cəfərov 

Seçilən
21
futbolpress.az

1Mənbələr