Banklarda əmanətlərin həcmi və faizləri yüksəlib – Son məlumatlar
Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, əhalinin banklarda yerləşdirdiyi əmanətlər 14 milyard 185,5 milyon manat olub.Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi son bir il ərzində 12,8% və ya 1 milyard 605,4 milyon manat artıb.Qeyd edək ki, əmanətlərin artımı həm milli, həm də xarici valyutada müşahidə olunub. Manatla yerləşdirilən əmanətlər son bir il ərzində 1 milyard 353,8 milyon manat artaraq 9 milyard 371,6 milyon manata, xarici valyutada yerləşdirilən əmanətlər isə 251,6 milyon manat artaraq 4 milyard 813,9 milyon manata yüksəlib.Məlumat üçün bildirək ki, əmanətlərin artmasına paralel olaraq əmanət faizlərində də artım olub. Belə ki, son bir ildə manatla yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi 5,05%-dən 5,47%-ə, xarici valyuta ilə yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi isə 1,02%-dən 1,64%-ə yüksəlib. Onu da bildirək ki, banklarda yerləşdirilən əmanətlərin 88,8%-i və ya 12 milyard 593,6 milyon manatı paytaxt Bakının payına düşüb. Manatla yerləşdirilən əmanətlər üzrə ən yüksək faiz Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda orta faiz dərəcəsi 6,79% olub. Ən aşağı faiz dərəcəsi isə Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb – 3,37%.
Xəbərin oxunma sayı :
67
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta