Kopenhagendə İsrail səfirliyi yaxınlığında iki partlayış baş verib.
Bu barədə oktyabrın 2-də paytaxt polisi məlumat yayıb.
“İki partlayışa əsasən, biz Strandagervej/Lundevangsvej bölgəsindəyik. Heç kim xəsarət almayıb”, - idarənin X sosial şəbəkəsində (keçmiş Twitter) bəyanatında deyilir.
Hadisə yerində araşdırma aparılır. Partlayışların İsrail səfirliyi ilə mümkün əlaqəsi araşdırılır.