Tbilisinin özəl “Vivamed” klinikasında saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ona qarşı qaldırılan işlərlə bağlı məhkəmə iclaslarında şəxsən iştirak etmək istəyir.
Azpost.info xəbər verir ki, bu barədə o özü açıqlama verib.
“Mən şahidlərin dindirilməsində iştirak etməyə hazıram və bu biabırçı, uydurma işlərdə bütün şahidlərin gözünə baxa biləcəyim məhkəməyə çatdırılmağımı təşkil edin”, – Saakaşvili klinikadan videobağlantı vasitəsilə iştirak etdiyi növbəti məhkəmə iclasında deyib.
Saakaşvili 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildikdən sonra məhkəməyə getməyi dayandırıb.
Azpost.info