AZ

Ten Haqın aqibətini iki oyun müəyyən edəcək

“Mançester Yunayted” baş məşqçi Erik ten Haqla bağlı qərarını verib.

“Sky Sports”un xəbərinə görə, rəhbərlik niderlandlı mütəxəssisə dəstəyini davam etdirir. Klub yaxın vaxtlarda məşqçini dəyişməyi planlaşdırmır. Rəhbərlik komandanın “Tottenhem”lə matçda (0:3) sərgilədiyi oyununu qəbuledilməz sayır. Amma bu, Ten Haqa və onun məşqçilər korpusuna dəstəyə təsir etməyəcək.

Oyunun keyfiyyəti və komandanın cari mövsümdəki nəticələri, həmçinin transferlərə 600 milyon funt sterlinqdən çox pul xərclənilməsi səbəbindən Ten Haq üzərində təzyiqlər artır.

Yerli mənbələr Ten Haqın aqibətini növbəti iki oyunun müəyyən edəcəyini vurğulayır. MY Avropa Liqasında “Portu”, premyer-liqada isə “Aston Villa” ilə qarşılaşacaq.

Seçilən
26
football-plus.az

1Mənbələr