AZ

Qərbi Azərbaycan məsələsi Ermənistanı qorxudub: "Demək olar ki, bütün əraziləri əhatə edir"

Hurriyyet.az xəbər verir ki, Ermənistan Bakının Qərbi Azərbaycan barəsində söhbətlərindən təlaşa düşüb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumundakı çıxışı zamanı Ermənistanın Bakının Qərbi Azərbaycan barəsində çıxışlarından narahat olduğunu bəyan edib.

Mirzoyan deyib: "Bu gün Azərbaycan tərəfi "Qərbi Azərbaycan"dan danışır. Onların fikrincə həmin bölgə demək olar ki, Ermənistanın bütün ərazisini əhatə edir. Onlar bunun ərazi iddiaları olmadığına inandırmağa çalışırlar, lakin, təəssüf ki, tamamilə əks təəssürat yaranır".

Hürr Tərcüman

 

Seçilən
21
hurriyyet.az

1Mənbələr