AZ

Emənistan MTX vı DİN İrəvanda keçirilən mitinq iştirakçılarını hakimiyyətin ələ keçirilməsi çağırışlarından çəkinməyə çağırıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi “Müqəddəs Mübarizə” aksiyasının iştirakçılarına qanunsuz hərəkətlərə qarşı xəbərdarlıq edib.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, söhbət bu gün İrəvanda etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın planlaşdırdığı mitinqdən gedir.

Milli Təhlükəsizlik Xidməti aksiya iştirakçılarını hakimiyyəti ələ keçirmək, konstitusiya quruluşunu zorakılıqla devirmək, zorakılıq tətbiq etmək, dövlət məmurlarına müqavimət göstərmək üçün açıq çağırışlardan və ya hərəkətlərdən çəkinməyə çağırıb, əməliyyat şəraitinə nəzarət etdiyini və bu cür cəhdləri zərərsizləşdirməyə qadir olduğu barədə xəbərdarlıq edib.

Milli Təhlükəsizlik Xidmətinin qeyd etdiyi kimi, istənilən belə hərəkətə müvafiq cinayət-hüquqi qiymət veriləcək. Xidmət əməliyyat vəziyyətinə nəzarət edir və Ermənistanın daxili təhlükəsizliyini pozmağa yönəlmiş hərəkətləri neytrallaşdırmaq üçün bütün mövcud vasitələrdən istifadə edir.

Ermənistan Daxili İşlər Nazirliyi də analoji bəyanatla çıxış edərək, ictimai asayişi və digər vətəndaşların hüquqlarını pozmamağa, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyə çağırıb.

Seçilən
27
herbiand.az

1Mənbələr