AZ

İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı

 
"İsrailin cavab zərbəsinin hədəfləri İranın təkcə nüvə deyil, həm də neft obyektləri olacaq..."
 
İranın İsrailə güclü raket zərbəsindən sonra dünya KİV-ləri yəhudi dövlətinin cavabının necə olacağı üzərində baş sındırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri amerikalı məmurlara istinadən yazıb.
 
Qeyd edilir ki, nəzərdən keçirilən "ekstremal ssenarilər"in gerçəkləşəcəyi təqdirdə İranın nüvə proqramının "ürəyi" olan Netenz şəhərindəki uranın zənginləşdirilməsi obyektləri məhv ediləcək.
 
"İsrailin nöqteyi-nəzərincə, o, İranın nüvə silahı əldə etməsinə imkan verə bilməz. Netanyahunun kabineti yəqin ki, faktiki olaraq İranın nüvə silahının yaradılması proqramının illərlə geriyə salınması üçün bu obyektlərə hücumu müzakirə edəcək", - bunu CNN telekanalına müsahibəsində Strateji Siyasət Analitik İnstitutunun müdafiə strategiyası üzrə baş analitiki Malkolm Devis deyib.
 
"The Wall Street Journal" nəşrinin mənbələrinin sözlərinə görə, İsrailin cavab zərbəsinin hədəfləri təkcə İranın nüvə deyil, həm də neft obyektləri olacaq.
 
Qisasın belə versiyası barədə "Axios" portalının həmsöhbətləri də deyib. Nəşr yazır ki, İsrailin tammiqyaslı regional müharibəyə hazırlaşan rəsmi şəxsləri məlumat verib ki, İsrail bir neçə gün ərzində İranın neft infrastrukturu və digər strateji obyektlərinə "əhəmiyyətli cavab zərbəsi" endirəcək.
 
"İranlıların hücuma necə cavab verəcəkləri ilə bağlı bizim böyük sualımız var, lakin biz onların va-banka gedəcəyi və bunun tamam başqa oyun olacağı imkanını nəzərə alırıq", - bunu nəşrə adını çəkməyən israilli məmur deyib.
 
"The New York Times" nəşri xatırladır ki, aprel ayında İsrailə zərbədən sonra Tehran Qüdsün geniş cavab reaksiyasından yan keçməyə müvəffəq olub.
 
O zaman Tehran xəbərdarlıq edib ki, İsrail nüvə obyektlərinə zərbə endirərsə, İran nüvə silahını yaratmağa məcbur olacaq.
 
"Sionist rejiminin bizim nüvə obyektlərinə hücum edəcəyi təqdirdə çəkindirmə siyasətimiz dəyişəcək", - bunu İranın Ali dini liderinin müşaviri Kamal Hərrazi deyib.
 
Xatırladaq ki, oktyanrın 1-də İran İsrailə güclü raket zərbəsi endirib. Tehran buna səbəb kimi İsrailin "Hizbullah" və HƏMAS qruplaşmalarının obyektlərinə zərbələri, habelə İsmayıl Haniyə və Həsən Nəsrullahın qətllərini göstərib. 
 
İran hakimiyyəti qəhrəmancasına uğurlu zərnə ebdirildiyi barədə məlumat verib, SEPAH həmçinin ilk dəfə olaraq "Fateh-4" hipersəsli raketlərin tətbiq edildiyi barədə hesabat verib.
 
İsrail zərbələrin uğurlu olması barədə iddiaları təkzib edib və raketlərin əksəriyyətinin vurulması barədə məlumat yayıb.  Raket qalıqlarının düşməsi nəticəsində təxminən 100 ev və bina zərər çəkib.
 
İsrail Müdafiə Ordusu dünən bəyan edib ki, "HHQ döyüş qabiliyyəti yüz faiz saxlanılır" və oktyabrın 2-nə keçən gecə "İsrail Hava Qüvvələri Yaxın Şərqdə zərbələr endirəcək".
 
Lakin qisas hələlik təxirə salınır. "Axsios" qeyd edir ki, bu, Ağ Ev administrasiyası ilə İsrail hökumətinin məsləhətləşmələri ilə bağlıdır.
 
Amerikalı məmurun sözlərinə görə, danışıqların gedişində ABŞ aydın şəkildə anladıb ki, İsrailin cavabını dəstəkləyir, lakin bunun təmkinli olmalı olduğunu hesab edir.
Seçilən
33
moderator.az

1Mənbələr