AZ

"Barselona" 60 milyon avroluq transferə hazırlaşır

Hazırda "Marsel"də Fransa çempionatında çıxış edən hücumçu Meyson Qrinvud İspaniya çempionatına keçə bilər.

90deqiqe.Az-ın “Tribal Football”a istinadən məlumatına görə, “Barselona” ingilis hücumçunun xidmətində maraqlıdır.

“Mavi qranat”ın rəhbərliyi Qrinvud üçün 60 milyon avro ödəməyə hazırdır.

Fransa çempionatının bu mövsümündə Qrinvud altı oyun keçirib, beş qol vurub (bir penaltidən). Meyson yay transfer pəncərəsində "Mançester Yunayted"dən Marselə keçdi. Əməliyyat məbləği 26 milyon avro təşkil edib. Futbolçu ilə provanslar arasındakı əmək müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna kimi hesablanıb.

Seçilən
24
90deqiqe.az

1Mənbələr