AZ

Yardımlıda məktəbin yanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Yardımlı rayonunun Gavran kəndində məktəb binasının yanması barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Gavran kənd tam orta məktəbində təlim-tədris prosesi davam edir. 

Bu darədə Bizim.Media-nın Cənub bürosuna Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib. 

"Sosial şəbəkələrdə Yardımlı rayonu Gavran kənd F.A.Masiyev adına tam orta məktəbin binasının yanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bildirmək istəyirik ki, 30 sentyabr tarixində baş vermiş yanğın hadisəsi məktəbin həyətyanı sahəsində tədris üçün nəzərdə tutulmayan tikilidə qeydə alınıb. Adıçəkilən məktəbdə təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir" - məlumatda qeyd olunub. 

Sabutay, Bizim Media cənub bürosu

Seçilən
40
bizim.media

1Mənbələr