AZ

"El Oil" QSC inzibati məsuliyyətə cəlb edilib

"El Oil" Qapalı Səhmdar Cəmiyyəti (QSC) gönrük qaydalarını pozmaqda ittiham edilir. 

Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə protokol tərtib edilib. 

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. 

496.1-ci maddəyə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
18
valyuta.az

1Mənbələr