AZ

Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni

Ümummilli Lider Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi illər sabitlik və inkişaf dövrü kimi yadda qalıb. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində seçicilərin çoxsaylı səsini toplayan Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda ümummilli maraqlara söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Xatırlatmaq yerinə düşər ki, bu, ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev bildirib ki, Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır: “Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.Dahi Lider bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etməklə, xalqın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyanın qəbulu oldu.Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizdə bütün sahəhələr üzrə taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətinin iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.Bu gün ölkəmizin inkişafı, tərəqqisi, Ulu Öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Bu siyasi xətt İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Ulu Öndər Heydər Əliyev də var olacaq və ideyaları yaşayacaqdır.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Seçilən
13
1
sesqazeti.az

10Mənbələr