AZ

Tofiq Həsənov bu rütbə və medaldan məhrum edildi - sərəncam

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, Tofiq Həsənov ötən il Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb. Ona məhkəmənin hökmü ilə bu ilin aprel ayında 10 il həbs cəzası verilib.

T. Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin mənimsəmə və rüşvət alma maddəsi üzrə təqsirli bilinib. Həmin vaxt onun general rütbəsindən məhrum edilməsi üçün təqdimat verilib.

Seçilən
46
2
buta.media

6Mənbələr