AZ

Qatarların hərəkəti dayandı: Sərnişinlər pullarını istəyir

İtaliyanın paytaxtı Roma və ətraflarında dəmir yollarında yaranan texniki nasazlıqlar səbəbindən şəhərətrafı və şəhərlərarası qatarların hərəkəti tam dayanıb.

Bu, həyata mənfi təsir edib. 

"Cebheinfo.az" xəbər verir ki, yerli vaxtla saat 06.30-da Roma ətrafındakı dəmir yollarında baş verən texniki nasazlıq paytaxtda dəmir yolu nəqliyyatını iflic edib. Nasazlıq səbəbindən şəhərətrafı xətlərdə və Roma-Neapol, Roma-Milan, Roma-Turin sürət qatarlarında çoxlu gecikmələr olub, reyslər ləğv edilib. 

İtaliya Dövlət Dəmir Yolları (RFI) yaydığı açıqlamada belə deyilir: “Roma Termini və Roma Tiburtina stansiyaları arasında əlaqənin kəsilməsi səbəbindən, paytaxtın mərkəzində dəmir yolu hərəkəti dayandırılıb”. 

Romanın mərkəzi qatar stansiyası olan Terminidə qatarları göstərən elektron lövhələrdə tez-tez "gecikmə" xəbərdarlığı yazılıb. Qatarların dayanması nəticəsində çox dayda sərnişin zərər çəkib. Xüsusilə səhər işə getmək istəyənlər və ya başqa şəhərlərə səyahət edənlər bu vəziyyətdən narazı qalıb. 

Sərnişinlər biletlərin pulunu geri almaq üçün kassaların qarşısında uzun növbələr yaradıblar. 

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr