AZ

Beton yolunda tozu dumana qatıb “şou” göstərən sürücü - 10-CX-495 - VİDEO

Abşeron rayonu Hökməli qəsəbəsində Beton yolu adlanan ərazidə qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında Beton yolu adlanan ərazidə görüntülənib. Belə ki, 10-CX-495 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobilin sürücüsü yaşayış zonasında təhlükəli manevrlər edib. “Şou” göstərən sürücü maşını sağa, sola sürərək yol kənarında dayanmış piyadalara və avtomobilə qəza riski yaradıb. Eyni zamanda o, nəqliyyat vasitəsini ön dövlət nömrə nişanı olmadan idarə edib.

Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər.

Nərmin

Seçilən
49
avtosfer.az

1Mənbələr