İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaşayış məntəqələrinin xarici su təchizatı və kanalizasiya sistemlərinin layihə-smeta sənədləri hazırlanır.
İqtisadiyyat.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən məlumat əldə edib.
Qurum layihə-smeta sənədlərinin hazırlanması işlərini “AY Konsaltinq Ltd” MMC-yə həvalə edib.
Şirkət isə layihəni 4,3 milyon manata hazırlayacaq.