AZ

100 milyon avroluq inşaat dayandırıldı - Şahinə görə

Almaniyanın paytaxtı Berlində 100 milyon avroluq tikinti layihəsi şahin yuvasına görə 4 il təxirə salınacaq.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, "Schatzelberg" kampusu böyük bir bazarı, uşaq bağçası və 230 mənzil planlaşdırılan layihəsini köhnə qəbiristanlığın yerində tikməyi planlaşdırmışdı. 

Tikintiyə 2025-ci ildə başlanacağı gözlənilsə də, təsdiqləmə prosesi dayandırılıb. Buna səbəb isə ağaclardan birində şahin yuvasının olmasıdır.

Berlin Ətraf Mühit Senatı layihənin həyata keçirilmsəi üçün dörd illik gözləmə müddətini nəzərdə tutub. Bu səbəbdən tikintinin 4 il müddətinə təxirə salınacağı bildirilib.

Gülşən Şərif

Seçilən
33
bakivaxti.az

1Mənbələr