AZ

Ermənistanla Azərbaycan arasında birgə komissiyanın yaradılması nəzərdə tutulur- PAŞİNYAN

Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişi bu sənədin icrasının gedişatına nəzarət etmək üçün birgə komissiyanın yaradılmasını da nəzərdə tutur.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumət saatında danışıb.

O, diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxil olmaqla, sazişin bir neçə əsas komponentini qeyd edib.

Müxalifətçi deputat Artur Xaçatryanın hakimiyyətin niyə saziş layihəsini dərc etməməsi ilə bağlı sualına cavab olaraq Paşinyan qeyd edib ki, indiki mərhələdə sənədin mətnini açıqlamaq diplomatik baxımdan düzgün olmaz.

Azpost.info

Seçilən
20
azpost.info

1Mənbələr