AZ

Ərdoğanın bəyanatı təşviş yaratdı – Türkiyə müharibəyə qoşulur?

Türkiyə Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib. Onun sözlərinə görə, Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq.

Ərdoğan Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib: “Bunun qarşısını almaq lazımdır”.

Türkiyə lideri həmçinin söyləyib ki, İsrailin Livana hücumlarının ağır nəticələri ola bilər: “Bu barədə çox açıq xəbərdarlıq edirəm”.

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, Yaxın Şərqdə 15 ildə maraqlı hadisələr baş verir:

“Yaxın Şərqdə baş verənlər Türkiyəni yaxından maraqlandırır. Çünki bu məsələ təkcə İsrailin “Hizbullah”a qarşı mübarizəsi deyil, həm də Yaxın Şərqdə maraqlı olan qüvvələrin planıdır.

Zaur Məmmədov

Türkiyə proseslərin pərdəarxasında böyük güclər olduğunu bildiyi üçün prosesdən kənarda qala bilmir və istər-istəməz reaksiya verir. Bundan başqa, Türkiyə Osmanlının varisi kimi regionu ən yaxşı bilən ölkədir. Bu faktor belə özlüyündə Ankaranın regiona marağını izah edir.

Türkiyə-İsrail münasibətləri vaxtaşırı gərginləşib, lakin prosesin daha da pisləşəcəyini, hərbi vəziyyətə gələcəyini düşünmürəm. İsrail baş naziri BMT-dəki çıxışı zamanı islam ölkələrini “yaxşı və pis”ə ayırarkən Türkiyəni qeyd etmədi. Bu belə çox ciddi faktdır”.

Seçilən
22
1
turkustan.az

2Mənbələr