AZ

"Müəssisələr yaxşı kadr istəyir, amma onu yetişdirmək barədə düşünmür"

"Bizim ən böyük problemlərimizdən biri məzun sayı ilə lazımi kadr sayı arasında uçurumun olmasıdır".

 

Bunu Modern.az-a danışan elm və təhsil eksperti Elçin Murad bildirib.

 

O qeyd edib ki, bu problem illərdir həllini gözləyir:

 

“Çox keyfiyyətli istedada malik olanlar öz imkanlarını bu ölkədə dəyərləndirmək istəmir. Çünki ölkəmizdə onların savadına, biliyinə istər maddi, istərsə də mənəvi dəyər verən müəssisə tapa bilmir. Ona görə də keyfiyyətli kadr xaricə üz tutur. Burada da orta və aşağı təbəqəli tələbələr qalır. Onlardan aşağı təbəqədə onsuz da ancaq diplom xatirinə oxuyurlar. Qalır orta təbəqədən olub öz sahəsi üzrə işləmək istəyən şəxslər. Onlar üçün də şərait yaradılmır”.

 

Ekspert qeyd edib ki, bu problemin həlli sadəcə bir müəssisə ilə bağlı məsələ deyil:

 

“Bütün müəssisələr keyfiyyətli vakant tələb edir, amma o vakantı yetişdirmək barədə düşünmür. Bunun üçün dövlət göstərişi olmalıdır. Bu göstəriş qanun kimi formalaşmalıdır. Müraciət edən işçilər 1, yaxud 2 ay praktikadan keçiriləndən sonra içərisində bacarıqlı vakantları götürüb dəyərləndirmək lazımdı. Amma təəssüf ki, bizdə deyil. Həm dövlət, həm də özəl müəssisələrdə yeni məzun olan tələbənin işə müraciəti zamanı təcrübə tələb edir. Hətta bu o qədər acınacaqlı vəziyyətdir ki, müəllimlərin işə qəbulu zamanı da elektron ərizədə təcrübə qeyd edilməsi tələb olunur. Bu əslində belə olmamalıdır. İş təcrübəsi o vaxt soruşula bilər ki, vakant getdiyi müəssisədə 6 aylıq praktika müddəti keçsin. Bu zaman həmin şəxs başqa müəssisəyə müraciət etsə belə, təcrübə keçməsi ilə bağlı məlumatı təqdim edəcək. Məlumat əsasında müəyyən test imtahanı keçdikdən sonra işə götürülə bilər. Problemin həlli prosesi bu şəkildədir. Dünya praktikasında dabuu görə bilirik. Özəl şirkətlər keyfiyyətli kadrları seçir, onlara oxuduqları müddətdə təqaüd belə verirlər. Bitirdikdən sonra da müqavilə əsasında müəyyən müddətdə şirkətlərində işlədirlər. Sonra da iş həmin şəxsi qane edirsə qalır, yaxud ayrılır. Bizdə də belə sistem qurulsa, kadrlarımız xaricə üz tutmayacaq”.

Seçilən
33
modern.az

1Mənbələr