AZ

Azərbaycan Meksikanın yeni seçilmiş prezidentinin andiçmə mərasimində təmsil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini ElnurMəmmədov Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya ŞeynbaumPardonun andiçmə mərasimində iştirak etmək məqsədilə bu ölkəyəsəfər edib.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt Mexiko şəhərində, ölkənin parlamentbinasında keçirilmiş mərasimin ardınca tədbirdə iştirak edən xüsusiqonaqlarla Prezident Klaudiya Şeynbaum arasında keçirilən görüşzamanı nazir müavini E.Məmmədov iki ölkə arasında müxtəlifsahələrdə yüksələn xətlə inkişaf edən dostluq və əməkdaşlıqmünasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadəedib.

Həmçinin ölkə rəhbərliyi adından bu ilin noyabr ayında Bakışəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına dəvətixüsusi olaraq çatdırıb.

Prezident K.Şeynbaum Azərbaycan hökumətinin bu mərasimdə təmsilolunduğuna görə nazir müavininə təşəkkür edib, həmçinin Meksika iləAzərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha dagücləndirilməsində maraqlı olduğunu bildirib.

Mərasimdə iştirak edən Meksikanın yeni Xarici Əlaqələr naziriXuan Ramon de la Fuente ilə nazir müavini arasında söhbət zamanıiki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinətoxunulub.

Səfər çərçivəsində nazir müavini həmçinin Meksika Senatınınhazırkı sədri Xerardo Fernandes Noronya ilə, daha sonra isə MeksikaDeputatlar Palatasının sədri vəzifəsini icra edən Serxio KarlosQutyerres Luna ilə görüşüb.

Nazir müavini keçmiş münaqişə dövründə Meksika hökumətinin vəparlamentinin nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyəgörə, həmçinin Meksika Konqresinin hər iki palatası tərəfindənXocalı soyqırımının tanınmasına görə təşəkkürünü bildirib, postmünaqişə dövründə Ermənistanla Azərbaycan arasında münasibətlərinnormallaşması prosesi barədə məlumat verib.

Səfər çərçivəsində E.Məmmədov həmçinin Panamanın Xarici İşlərnaziri Xavyer Martines-Aça Vaskez ilə görüşüb. Görüş zamanı ikiölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafperspektivləri müzakirə olunub, iki ölkə arasında iqtisadi,nəqliyyat, alternativ enerji, humanitar və digər sahələr üzrəəməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edilib,eləcə də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfliəməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətivurğulanıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
30
16
az.trend.az

10Mənbələr