UEFA Fernando Muslera ilə bağlı qərara dəyişiklik etmədi.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray"ın qapıçısı Çempionlar Liqasında "Yanq Boys"a "1:0" hesabı ilə məğlub olduqları matçda qol sevinci zamanı rəqibə qarşı kobudluğa görə qırmızı vərəqə almış və 3 oyunluq cəzalanmışdı. 

UEFA "sarı-qırmızılar"ın qolkiperin cəzası üçün etirazını rədd etdiyini açıqlayıb.

Digər tərəfdən isə səfər qarşılaşmasında azarkeşlərin hərəkətlərinə görə klubu 36 500 avro cərimələyib.