AZ

Ronaldunun qoluna sevinən komanda yoldaşı huşunu itirdi - VİDEO

Asiya Çempionlar Liqasının 2-ci turunun matçında "Əl-Nəsr" doğma meydanda "Ər-Rayyan"ı 2:1 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, qələbə qolunu 76-cı dəqiqədə Kriştianu Ronaldu vurub.
 

Səudiyyə Ərəbistanının "Arriyadiyah" portalının məlumatına görə, “Əl-Nasr”ın müdafiəçisi Salem Əl-Najdi portuqaliyalı futbolçunun qolunu qeyd edərkən başından zədə alıb. İlk hissədə əvəzlənən Əl-Nəcdi qol vurularkən ehtiyat oyunçular skamyasından sıçrayaraq başını dama möhkəm vurub. Futbolçu yıxılıb və bir neçə dəqiqə huşsuz qalıb.

 

Hakim oyunu dayandırmağa məcbur olub. Əl-Nəcdi xərəkdə paltardəyişmə otağına aparılıb. 21 yaşlı müdafiəçi komandanın həkimin müşayiəti ilə stadionu tərk edib. Son məlumata görə, futbolçu artıq özünə gəlib və həyati təhlükəsi yoxdur. 

Mirağa

Seçilən
12
fanat.az

1Mənbələr