İctimai TV, "Space" və AzTV-də səhər verilişlərinin aparıcısı kimi məşhurlaşan Nübar Əbillə tanınmış meyxanaçı və ssenarist Pərviz Arifin dünən toyu olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakıdakı restoranların birində keçirilən toydan kadrlar sosial şəbəkələrdə yayılıb.
Aparıcı toyunda bir neçə gəlinlik dəyişib.
Qeyd edək ki, bu, cütlüyün üçüncü toyudur. Birinci toy aparıcının boya-başa çatdığı Neftçala rayonunda baş tutub, daha sonra cütlük dostları arasında bu əlamətdar hadisəni qeyd edib.
Hazırda AzTV-də çalışan Nübar Əbil bir müddət əvvəl “Günə davam” proqramından uzaqlaşıb. Meyxanaçı isə "Qız atası", "Qısaqapanma" seriallarrının ssenaristi, "De gəlsin" yarışmasının qalibi olub.