AZ

Erməni vandalların yox etdiyi minlərlə azərbaycanlı barədə qan donduran fikirlər var...

Image

“Münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır. Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. 

Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilmişdir. Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini də pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir”. Bu fikirlər prezident İlham Əliyevin “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində yer alıb.   Dövlət başçısının “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində də qeyd edilən xüsusda maraqlı məqamlar yer alıb. Burada qeyd olunur ki, Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır ki, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur: “Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşmüşdür... Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır. Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir”. Beləliklə, Ermənistan Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirir. Onu da qeyd edək ki, itkin düşmüş azərbaycanlıların Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə uyğun olaraq lazımi qaydada qeydə almamaqla və ya araşdırmamaqla, onlar haqqında məlumat verməməklə Ermənistan bu sənədin ən azı 4 maddəsini pozur. Bundan başqa, itkin düşmüş şəxslərin dəqiq siyahısı Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Ermənistana təqdim edilib və mütəmadi olaraq yenilənir. İndilikdə Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı heç bir məlumat verməməsi həmin azərbaycanlıların Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququnun kobud şəkildə pozulduğu şəraitdə öldürülməsi ehtimalını doğurur. Həmçinin itkin düşmüş azərbaycanlıların yaxınlarına, qohumlarına onlar haqqında məlumat verməməklə Ermənistan bu insanlara mənəvi işgəncə verməkdə davam edir.

Onu da qeyd edək ki, erməni işğalçılarının Xocalı şəhərini işğal edərkən törətdikləri qırğın zamanı 600-dən çox mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu günə qədər 36-sı uşaq, 65-i qadın olmaqla, itkin düşmüş 200 Xocalı sakini haqqında Ermənistan hələ də məlumat verməyib. Bu da şübhəsiz ki, müharibə cinayətinin davam etməsidir. Hazırda itkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində yer alır. Ancaq bu istiqamətdə istənilən nəticəyə daha tez nail olunması üçün Ermənistan müvafiq məlumatları ölkəmzə təqdim etməlidir. Bu, iki ölkə arasında sülhə, qarşılıqlı etimadın formalaşmasına da mühüm töhfə olardı. Azərbaycan 2000-ə qədər meyit qalığını Ermənistana qaytarıb, amma qarşı tərəf analoji addımlar atmaq istəmir. İtkin düşmüş şəxslərin naməlum taleyi barışıq və davamlı sülh üçün maneə ola bilər. Yuxarıda qeyd edildiyi kimi 30 ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində təbii olaraq itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar mövcuddur. Bu məlumatlar hələ də ölkəmiz təqdim olunmur. Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir. Onu da qeyd edək ki, Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə Vətən müharibəsindən sonra qısa müddətdə 18 kütləvi məzarlıq aşkar edilib, azad edilmiş ərazilərdə basdırılan meyit qalıqları qeyri-insani şəraitdə basdırılıb. Bu da müharibə cinayətinin daha bir təzahürüdür.

Ramil QULİYEV





Seçilən
34
baki-xeber.com

1Mənbələr