AZ

Şesni "Barselona"ya keçməsindən danışdı

Polşalı qapıçı Voyçex Şesni həmyerlisi Robert Levandovskinin "Barselona"ya keçməsinə böyük təsir göstərdiyini deyib.

90deqiqe.Az xəbər verir ki, "Barca Universal" 34 yaşlı qolkiperin dediklərini belə çatdırıb:

“Robert mənə zəng edib transferin mümkün olub-olmadığını soruşan ilk şəxs oldu. O, məni inandırdı, çünki yeni çağırışa hazır olub-olmadığımı bilmirdim. Sonra ailəm və dostlarımla danışdım. Hamı dedi ki, imtina etsəm səhv edəcəm. Robert böyük rol oynadı, çünki o, məni inandırmağa çalışan ilk şəxs idi" 

Polyak bu gün "blauqrana" ilə 30 iyun 2025-ci ilə qədər müqavilə imzalayıb.

Daha əvvəl Voyçex Şesni karyerasını başa vurduğunu açıqlasa da, “Barselona”nın marağı fonunda futbola qayıtmaq istədiyini bildirmişdi. Onun əvvəlki klubu 2017-ci ildən çıxış etdiyi İtaliyanın “Yuventus”u olub. Bundan əlavə, futbolçunun karyerasına İtaliyanın “Roma”, İngiltərənin Brentford və “Arsenal” klubları daxildir. O, "Yuventus"la üçqat İtaliya çempionudur (2017/2018, 2018/2019, 2019/2020).

Seçilən
50
90deqiqe.az

1Mənbələr