Bu gün UEFA Konfrans Liqasının yeni formatda keçirilən Liqa mərhələsinə start verilib.
Demokrat.az xəbər verir ki, ilk oyun günü üçün 2 matç nəzərdə tutulub.
Türkiyənin "Başakşehir" klubu öz meydanında Vyana “Rapid”ini (Avstriya) sınağa çəkib. Oyun meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Digər oyunda isə "Gimarayeş" (Portuqaliya) "Selye"ni (Sloveniya) qəbul edib. Bu görüşdə Portuqaliya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Tura oktyabrın 3-də yekun vurulacaq.
Qeyd edək ki, Çempionlar və Avropa Liqalarından fərqli olaraq bu turnirin Liqa mərhələsində komandalar 8 deyil, 6 oyun keçiriləcəklər.
2 oktyabr
Konfrans Liqası
Liqa mərhələsi, 1-ci tur
18:30. "Başakşehir" (Türkiyə) – "Rapid" (Vyana, Avstriya) - 1:2
Qollar: Şaub, 43 (0:1), Pyatek, 45+2 (1:1), Şaub, 46 (1:2)
18:30. "Gimarayeş" (Portuqaliya) – "Selye" (Sloveniya) - 3:1
Qollar: Samu, 7 (1:0), Da Silva Kunya, 36 (2:0), Silva, 62 (3:0), Matko, 90+2 (3:1)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta