Bakıda ölümlə nəticələn yol qəzası olub.
“İki sahil” xəbər verir ki, hadisə Zabrat-Maştağa şossesində qeydə alınıb. Cavid Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən Elmira İsmayılovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.