AZ

Nebenzya: "İsrail ABŞ-ı  İranla münaqişəyə çəkir"

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bıyan edib ki, İsrail ABŞ-ı İranla münaqişəyə çəkməyi pıanlaşdırır. Bu barədə TASS məlumat verib.

Nebenzyanın sözlərinə görə, İsrail hakimiyyəti Yaxın Şərqdə yaşanan böranla təkbaşına mübarizə aparmaq fikirində deyil. "Daha aydın görünür ki, İsrail rəhbərliyinin planı nəyin bahasına olursa olsun, əsas regional düşməni İranı Birləşmiş Ştatlarla üz-üzə gətirməkdir"- deyə rusiyalı diplomat bildirib.

 Nebenzya hesab edir ki, münaqişə "inanılmaz eskalasiya həddinə çata bilər". Bu isə təkcə Yaxın Şərq üçün  deyil, bütün dünya üçün təhlükə yarada bilər. Nebenziya bildirib ki, bu ssenarinin qarşısının alınması bütün dünyanın maraqlarına xidmət edə bilər.

 Xatırladırıq ki, İranın ötən günlər İsrail ərazilərinə raket hücumlarlndan sonra, İsrailin baş qərərgah rəisi Hersi Xalavi bəyan etmişdi ki, İsrailin müdafiə ordusu Yaxın Şərqdə istənilən nöqtəyə hücum edə bilər.

 Rüstəm Hacıyev

Seçilən
14
adalet.az

1Mənbələr