Bununla yanaşı, İkinci Qarabağ Müharibəsindən sonra ölkə sərhədlərini üçüncü qüvvələrə açan Nikol Paşinyan hökuməti, həmin güclərin diktəsinə əsasən müstəqil qərarlar qəbul etməkdə çətinlik çəkir. Qardaş Türkiyə Cumhuriyyəti və Rusiyanın qarşısında Afrikada ciddi nüfuz itirən Fransa, itirilmiş imicini bərpa etmək üçün Ermənistan üzərindən Cənubi Qafqazda yeni bir cəbhə açmaq istəyir. Lakin özünün imperialist və neokolonialist siyasətini regiona gətirmək istəyən Fransanın çirkin niyyətinin qarşısı ölkə rəhbərimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə alınır.
Cənab Prezidentin Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda rəsmi Parisin destruktiv və neokolonialist siyasətini ifşa etməsi Fransanı nüfuzdan salır. Buna görə də, Makron administrasiyası Azərbaycana qarşı münasibətdə Ermənistandan plasdarm kimi istifadə edir. Hər zaman himayəçi bir gücün varlığına möhtac olan İrəvan isə müqqədaratını Parisin və Qərbin ixtiyarına verir. Ancaq onlar başa düşmür ki, Azərbaycanın irəli sürdüyü tələblər fonunda ölkəmizlə sülh müqaviləsi imzalamaq Ermənistanı blokadadan və xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur".
Alim Hüseynli
Olaylar.az