AZ

Fəaliyyətini bərpa edən klubda baş məşqçi təyin olundu

20 il əvvəl fəaliyyətini dayandırmış «Lokomotiv» təkrar «dirilib» və Teymur Əliyev onun sükanı arxasına keçib.

O, klubun öz yetirməsidir. Vaxtilə I Liqada və Premyer Liqada forma geyinib, müdafiəçi mövqeyində çıxış edib.

«Dəmiryolçular» Region Liqasının qarşıdakı mövsümündə çıxış edəcək. Komanda artıq AFFA-nın qeydiyyatından keçib və yarışda iştirakı təsdiqlənib.

«Lokomotiv» 2000-2004-cü illərdə ölkə çempionatında mübarizə aparıb. İmişlinin ilk peşəkar klubu kimi tarixə keçən «Loko» ilk 2 ildə I Liqada qüvvəsini sınayıb.

Yarışın qalibi kimi 2023-cü ildə Premyer Liqaya vəsiqə qazanıb. Lakin komanda maliyyə çatışmazlığına görə cəmi altı ay elitada varlıq göstərə bilib.

Çıxışını yarımçıq dayandıran «Loko» 2024-cü ilin yayında yenidən bərpa olunmağa çalışsa da, müxtəlif səbəblərdən bu, gerçəkləşmyib.

SPORTİNFO.AZ

Seçilən
22
1
sportinfo.az

2Mənbələr