AZ

Abdarahman Von: Afrika ölkələri də Fransa müstəmləkəçiliyindən əziyyət çəkənlərdəndir

Bakı, 3 oktyabr, AZƏRTAC

Afrika ölkələri Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrdəndir. Bu müstəmləkə vəziyyəti qadınlarımızın, uşaqlarımızın ləyaqətlə yaşamalarına imkan vermir. Bizə qarşı diskriminasiya siyasəti həyata keçirilir, qul kimi yanaşılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı mavritaniyalı jurnalist Abdarahman Von deyib.

O bildirib: “İnanırıq ki, müstəmləkəçiliyə qarşı bu mübarizəmizi qazancağıq. Ümidvaram ki, icmalarımız bu mübarizənin nə demək olduğunu anlayacaq və birləşəcək, nəticədə biz qalib gələcəyik”.

 

Seçilən
30
1
azertag.az

2Mənbələr