AZ

Slovakiya ilə standartlaşdırma sahəsində əməkdaşlıq müzakirə olunub

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) Slovakiya Standartlar Metrologiya və Sınaq Qurumu (UNMS SR) və Slovakiya Milli Akkreditasiya Xidmətinin (SNAS) nümayəndələri ilə görüş keçirilib.

İnstitutun məlumatına görə, görüşdə AZSTAND-dın fəaliyyət istiqamətləri, ölkədə standartların tətbiq sahələri və qaydaları, o cümlədən həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bununla yanaşı, müvafiq dövlət orqanları, beynəlxalq, regional, habelə xarici və yerli təşkilatlarla qarşılıqlı formada qurulan standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət “Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu” və İnstitutun iştirak etdiyi Texniki Komitələrlə bağlı təqdimatlar olunub.

Görüş çərçivəsində qarşı tərəfin standartlaşdırma qaydaları, sertifikatlaşdırma, laboratoriya və akkreditasiya xidmətləri barədə geniş təqdimatlara nəzər salınıb, UNMS SR və SNAS-ın fəaliyyətindən danışılıb. Sonda tərəflər qurumlararası əməkdaşlığın təşkili üçün ilkin sazişin imzalanmasında maraqlı olduqlarını vurğulayıblar.

Seçilən
22
vergiler.az

1Mənbələr