İranın paytaxtı Tehranın Mehrabad beynəlxalq hava limanı məhdudiyyətlər götürüldükdən sonra uçuşları bərpa edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı İLNA informasiya agentliyi yayıb.
Məlumata görə, Yaxın Şərqdə yaranmış gərginliklə əlaqədar uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qalxıb.
Bildirilib ki, bir müddət əvvəl oktyabrın 3-ü səhər saatlarınadək bütün istiqamətlərdə uçuşlar təxirə salınmışdı.