AZ

Aİ İsrailin “persona non-qrata” elan etdiyi Quterreşi dəstəklədi

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsrailin “persona non-qrata” elan etdiyi və ölkəyə girişinə qadağa qoyduğu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşi dəstəklədiklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Borrell X hesabında etdiyi paylaşımda, "Biz ona qarşı edilən haqsız hücumları və BMT-nin humanitar yardım işçilərinin qəbuledilməz sayda itkisini təəssüflə pisləyirik" dedi.

AB-nin Quterreşi dəstəklədiyini bildirən Borrell, "BMT-nin baş katibi Antonio Quterreşi bütün münaqişələrdə, xüsusilə də Yaxın Şərqdə sülhün təmin edilməsi istiqamətində yorulmaz səylərini dəstəkləyirik" dedi.

Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel də sosial şəbəkədəki paylaşımında “Biz BMT-nin səylərini tam dəstəkləyirik və Baş Katib Antonio Quterreşin yanındayıq” deyib.

İsrail Quterreşi “persona non-qrata” elan etdi

İsrail administrasiyası Yaxın Şərqdə gərginliyin təcili olaraq azaldılmasına çağıran BMT-nin baş katibi Quterreşin “persona non qrata” elan edildiyini və ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

Dünən verdiyi açıqlamada BMT baş katibinin atılan raketlərlə bağlı İranın adını çəkmədiyi və Tehranın hücumunu “birbaşa qınamadığı” iddia edilib.

Quterreş, İranın raket hücumundan sonra verdiyi açıqlamada, "Yaxın Şərqdə münaqişənin genişlənməsini pisləyirəm" dedi. O, dərhal atəşkəsə çağırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
49
turkustan.az

1Mənbələr