AZ

"Crocus City Hall"dakı terror aktı beynəlxalq xarakter daşıyıb: Təşkilatçılar hazırda haradadırlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Crocus City Hall"da baş verən terror aktı beynəlxalq xarakter daşıyıb, bu səbəbdən işin təhqiqatı xüsusilə çətindir, təşkilatçı və onun tərəfdaşları xaricdə gizlənirlər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə işlər bağlı materiallarda bildirilir və TASS-ın əlində bu materialların nüsxələri var.
"Cinayət işinin təhqiqatı törədilmiş cinayətin beynəlxalq xarakterinə, cinayət təşkilatçıları və ortaqlarının Rusiya Federasiyasından kənarda olmasına görə xüsusilə çətinlik təşkil edir", - deyə sənədlərdə qeyd edilir.
Vurğulanır ki, istintaq hadisənin törədilməsinin faktiki şərtləri, cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsinə yönəlmiş çox sayda istintaq və prosessual hərəkətlərin aparılmasına ehtiyac duyur.
Seçilən
27
oxu.az

1Mənbələr