AZ

Bəxtiyar Aslanbəyli: BP atmosferə istixana qazı emissiyalarının azaldılması üzrə işi davam etdirəcək

BP şirkəti atmosferə istixana qazı emissiyalarının azaldılması üzrə işi davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən "Metanla mübarizədə irəliləyiş: Qlobal metanın azaldılmasının inkişafı" adlı panel sessiyasında deyib.

O qeyd edib ki, şirkət həmçinin “yaşıl enerji”yə keçid məsələlərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə məhsuldar əməkdaşlığı davam etdirmək niyyətindədir: “Biz hesabat və emissiya texnologiyaları üzərində birlikdə çalışdıq və bu sahədə birgə işləməyə davam edəcəyik”.

Seçilən
26
ikisahil.az

1Mənbələr