AZ

Fransa yenə prezidentin pensiya islahatına qarşı küçələrə çıxdı

 

  Fransanın paytaxtı Paris və ölkənin digər şəhərlərində minlərlə nümayişçi prezident Emmanuel Makronun pensiya islahatının ləğvini, maaşların artırılmasını və həyat standartlarının yaxşılaşdırılmasını tələb etmək üçün küçələrə çıxıb. Onlar həmçinin Mişel Barnyenin baş nazir təyin edilməsi qərarına etiraz ediblər.

  Fransanın Ümumi Əmək Konfederasiyası (CGT), Unitar Birlik Federasiyası (Federation Syndicale Unitaire - FST) və Həmrəylik (Solidaires) həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən təxminən 250 etiraz aksiyasında təqaüdlər və maaşlar tələblərin mərkəzində dayanıb.

  Parisin mərkəzində toplaşan nümayişçilər hökumətin ifrat sağ təmayüllü yeni siyasətini bəyənmədiklərini ifadə edərək Bastiliya meydanına doğru yürüş ediblər. Cənub Səhiyyə Sosial Federasiyasının katibi Ramon Villa bildirib: “Biz Makronun iyun ayında keçirilən demokratik seçkilərin nəticələrinə məhəl qoymamasını pisləyirik. Səhiyyə və sosial xidmətlər baxımından şərtlər ildən-ilə pisləşir. Hökumətin siyasəti varlılara, icarədarlara, insanların səfaləti hesabına pul qazananlara üstünlük verir”.

  Fransanın Ümumi Əmək Konfederasiyasının məlumatına görə, Bordoda 2700-ə yaxın, Lionda isə 6000 nəfər etiraz aksiyasında iştirak edib. Nümayişçilər maaşların artırılması, pensiya islahatlarının ləğvi və dövlət xidmətlərinin təkmilləşdirilməsinin nəzərdən keçirilməsinin vacibliyini vurğulayıblar. Etirazlar Barnyenin Milli Assambleyada qənaət rejiminə keçidi elan etməsi fonunda baş verib. Solçular gələn həftə hökuməti tənqid etmək üçün parlamentdə yekdilliklə onun əleyhinə səs vermək niyyətindədirlər.

  Parlament bürosu sentyabrın 17-də Makrona qarşı impiçment prosesinin başlanması üçün təklif olunan qətnaməni məqbul hesab edib. Yaşıllar Partiyasından olan deputat Ceremi Yordanoff mətbuata açıqlamasında bildirib ki, oktyabrın 2-də bu məsələ parlamentin Hüquq komitəsi tərəfindən araşdırılacaq.

 



Seçilən
14
1
trt.net.tr

2Mənbələr