AZ

Braziliyada IEA və IRENA ilə COP29-un enerji gündəliyi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov BraziliyadaG20tədbirləriçərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoruFatih Birol və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA)baş direktoru Françesko La Kamera ilə görüşlər keçirib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, Beynəlxalq Enerji Agentliyinin(IEA) icraçı direktoru Fatih Birolla görüşdə enerji bazarlarındavəziyyət və perspektivlər, həmçinin COP29 çərçivəsində əməkdaşlığadair məsələlər müzakirə predmeti olub. “Bərpa Olunan Enerji vəEnerji Səmərəliliyinə dair Qlobal Vəd”in yerinə yetirilməsindəAzərbaycanın təşəbbüskarı olduğu “Qlobal Enerji Anbarları vəŞəbəkələri Öhdəliyi”nin vacib rolundan danışılıb. Bildirilib ki,“yaşıl enerji zonası və dəhliz”lər də daxil olmaqla iki öhdəlikAzərbaycanın bu sahədə təcrübəsindən irəli gəlir.

15 noyabr tarixində“Enerji Günü”ndə keçiriləcək COP29 FəaliyyətGündəliyinin enerji təşəbbüslərinin elanına həsr olunmuş nazirlərsəviyyəsində dəyirmi masa, bərpa olunan mənbələrin üç dəfəartırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçüninvestisiyaların genişləndirilməsi, neft və qaz sənayesinin sürətləkarbonsuzlaşdırılması,

enerji keçidinə nail olmaq üçün infrastrukturun qurulması,elektrik sistemlərində ötürmə gücünün üçqat artırılması kimiümumilikdə 7 tədbirdə Agentliyin iştirakı və bu çərçivədəəməkdaşlıq nəzərdən keçirilib. Energetika naziri və Agentliyinicracı direktorunun həmsədrliyi ilə keçiriləcək “Enerji Keçidi üzrə4-cü Yüksək Səviyyəli Dialoq”la bağlı fikir mübadiləsi aparılıb.Həmçinin “EU4Energy” proqramı çərçivəsində IEA tərəfindənhazırlanmış “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə YolXəritəsi”nin təqdimatına həsr olunmuş tədbirin COP zamanıkeçirilməsi təklifi müzakirə edilərək razılaşdırılıb.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) başdirektoru Françesko La Kamera ilə görüşdə də əsas diqqət COP29zamanı Agentliklə birgə təşkil olunan tədbirlərə yönəldilib. Buxüsusda, Azərbaycanın ev sahibliyi ilə Pre-COP29 zamanı keçiriləcək“BƏƏ Konsensusunun Enerji Nəticələrinin İzlənməsi – HesabatınBaşlanması” tədbiri və Mərkəzi Asiya üçün Enerji Keçid İnvestisiyaForumunun təşkili məsələləri müzakirə edilib. Həmçinin IRENA-nıniştirakı ilə planlaşdırılan digər tədbirlər və aktual məsələlərnəzərdən keçirilib.

Braziliyada
Braziliyada
Braziliyada
Braziliyada
Seçilən
37
2
az.trend.az

4Mənbələr