AZ

İçərişəhərə kənar avtomobillərin girişi restoran və kafelərin işinə əngəl törədəcək? - AÇIQLAMA

“İçərişəhər sakinləri və ərazidəki səfirliklərin əməkdaşlarından başqa heç kim Qoşa Qala Qapısından avtomobillə girə bilməyəcək. Bu, doğru qərardır. Belə bir qərarın olması çoxdan gözlənilirdi, çünki İçərişəhər unikal tarixi abidədir və kafeyə, restorana gələnlərin avtomobillərinin ora daxil olması, park etmələri kifayət qədər ciddi problemlər yaradırdı”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

N.Cəfərli yeni qərarın İçərişəhərdə fəaliyyət göstərən restoranların, kafelərin təchizatı məsələsinə mənfi təsir edəcəyi barədə narahatlıqlara isə belə aydınlıq gətirib: “Düşünürəm, bu da həll olunacaq. Əksi ola bilməz, çünki “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, yəqin ki, restoranlara mal gətirən avtomobillərə xüsusi icazələr tətbiq edəcək. Ümumi girişlərdə həmin avtomobillərin nömrələri əraziyə buraxılanların sırasında qeyd olunacaq. Burada problem yaranacağını düşünmürəm. İçərişəhəri qorumalıyıq. Bu qərardan sonra İçərişəhər turistlər üçün daha rahat gəzməli məkana çevriləcək”. 

 

Aytəkin Qardaşova 

Tarix: 3 Oktyabr 2024, 12:42   
Seçilən
25
pravda.az

1Mənbələr