AZ

“Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?

“Green card” lotereyasına müraciət başlayıb.

“Operativ Media” xəbər verir ki, bu il “Green card” müraciətləri 2 oktyabr 2024-cü il çərşənbə günü saat 19:00-da başlayıb və 5 noyabr 2024-cü il çərşənbə axşamı saat 20:00-da davam edəcək.

Bəs “Green card” müraciət etmək üçün hansı şərtlər var?

“Green card” lotereyasına müraciət etmək üçün ən azı orta məktəb məzunu olmalısınız. Əgər şəxsin orta təhsili yoxdursa, son beş il ərzində iki il iş təcrübəsi olmalıdır. 

“Green card”a müraciət etmək üçün şəxsin 18 yaşı tamam olmalıdır. Evli şəxslər müraciət edərkən evli olduqlarını qeyd etməlidir. Bu zaman əgər lotereyada qələbə qazansalar özləri ilə birlikdə həyat yoldaşları və 21 yaşdan kiçik övladları da onlarla birlikdə ABŞ-də yaşamaq hüququ əldə etmiş olur. “Green card” üçün müraciət edənlərə maliyyə və dil ilə bağlı tələb qoyulmur.

Qeyd edək ki, “Green card” müraciət etmək üçün rəsmi sayta daxil olub ərizə formasını doldurmalısınız.

Seçilən
35
operativmedia.az

1Mənbələr