AZ

“İstəsələr, 200 nəfərlə də gələ bilərlər” - “Malmö” sayı artırdı

“Qarabağ”la oyunda “Malmö”ya dəstək vermək üçün Bakıya isveçli azarkeşlərin də gələcəyini xəbər vermişdik.

İlk xəbərdə qonaqların sayının 50-ni ötməyəcəyi deyilsə də, daha artıq isveçli gələcək. Bəs “Malmö” azarkeşləri Bakıya necə gələcək – klubla birgə, yoxsa ayrıca reys ilə?

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Football-plus.az”a söylədikləri:

“Komanda Bakıya azarkeş qrupu ilə birgə uçacaq. “Malmö”nü 80-ə yaxın azarkeş canlı dəstəkləyəcək. Düzdü, əvvəldən sayın az olacağı gözlənilirdi. Amma istəsələr, 200 nəfərlə də gələ bilərlər. Yəni sayı özləri müəyyənləşdirir. Həmçinin detallara da varmırıq. “Tofiq Bəhramov”un onlar üçün ayrılmış sektora nə qədər istəsələr, dəstəkçi gətirə bilərlər”. 

Xatırladaq ki, "Qarabağ" - "Malmö" oyunu bu gün saat 20.45-də başlayacaq.

RÖYANƏ OĞUZ

Seçilən
15
football-plus.az

1Mənbələr