AZ

Ermənitan: "NATO ilə ortaq dəyərlərə və eyni baxış bucağına malikik"

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun yeni baş katibi Mark Ryutteni vəzifə başına gəlməsi münasibətilə təbrik edib. Mirzoyan X şəbəkəsindəki təbrikində Ermənistan ilə NATO-nun ümumi dəyərləri olduğunu və təhülkəsizliklə bağlı mövqelərinin üst-üstə düşdüyünü bəyan edib.

Mirzoyan yazıb: "Biz Ermənistan ilə NATO arasında ortaq dəyərlərə və daha təhlükəsiz və dinc gələcəyin təminatı məsələsində ortaq baxışa əsaslanan tərəfdaşlığı daha da gücləndirmək üçün əməkdaşlığımızın möhkəmləndirilməsini səbirsizliklə gözləyirik”.

Hürr Tərcüman

 

Seçilən
20
1
hurriyyet.az

2Mənbələr