AZ

Bakı konfransı Fransa neokolonializmi ilə mübarizə aparmaq üçün çox yaxşı bir yoldur - Brahim Ramdhane

Bakı. Trend:

Bu konfrans Fransa neokolonializmi ilə mübarizə aparmaq üçün çoxyaxşı bir yoldur.

Trend xəbər verir ki, bubarədə Mavritaniyadan olan fəal Brahim Ramdhane jurnalistlərəaçıqlamasında deyib.

“Fransa hələ də orada olduğu üçün Mavritaniya hökuməti Fransanınsiyasətini izləyir. Biz gündəlik ünsiyyətimizdə, işimizdə fransızdilindən istifadə edirik. Bizim təbii sərvətlərimiz Fransatərəfindən oğurlanır. Beləliklə, biz müstəqilik, lakin azaddeyilik. Fransanın sərvətlərimizi talaması iqtisadiyyatımıza çoxciddi təsir edir. Biz kiçik, amma zəngin ölkəyik. Lakin Fransanınbu davranışları bizi kasıb ölkə edir.

Hesab edirəm ki, Bakı Təşəbbüs Qrupu bir yerdə olmağımız üçünyaxşı vasitədir”, - deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə AfrikadaFransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalqkonfrans öz işinə başlayıb.

Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun,Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve,Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasınınnümayəndələri iştirak edir.

Seçilən
28
1
az.trend.az

1Mənbələr