AZ

Aleksandr Lukaşenko Əli Əsədovu qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov Belarusda rəsmi səfərdədir.

Avtosfer.az bu barədə Belarus mətbuatına istinadən xəbər verib.

Qeyd olunur ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Əli Əsədovu qəbul edib.

Görüşdə A.Lukaşenko iki dövlət arasında olan münasibətlərə toxunub.

"Bizim şəxsi münasibətlərimiz dövlətlərarası münasibətlərə də sirayət edib. Bu da öz növbəsində bizim münasibətlərimizin səviyyəsinə töhfə verir. Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Bu günə qədər belə olub. Bundan sonra da belə olacaq. Əminəm ki, Azərbaycan da bizim üçün əlindən gələni edir və edəcək", - deyə Belarus prezidenti vurğulayıb.

Seçilən
19
1
avtosfer.az

2Mənbələr