AZ

Deputat: “Qarbağda bərpa-quruculuq, yenidənqurma işləri uğurla icra olunur”

“44 günlük müharibə və 20 saatlıq antiterror əməliyyatı dünyada ölkəmizin qüdrətini, ölkə başçımızın qətiyyətini gördü. Ölkəmiz şanlı, igid, qəhrəman övladlarımız olan ordumuz 5-ci nəsil çağdaş müharibə aparmaqla bu sahədə, dünyada maraqlı və hələ də bir nümunə göstərdi”.

Bunu millət vəkili Vüqar İskəndərov söyləyib. O, bildirib ki, müharibə dövründə də biz işğaldan azad etdiyimiz bölgələrimizdə çox böyük geniş bərpa-quruculuq, yenidənqurma, tikinti işlərini aparırıq:

“Həm keyfiyyətinə, həm də sürətinə görə bu sahədə də ölkəmiz dünyanı heyrətləndirməkdədir. Paralel insanlarımız da didərgin düşdüyü, öz dədə-baba yurdlarına qayıtması prosesi də uğurla icra olunur. Bir neçə şəhər, rayon, kəndlər də, insanların yaşayışı təmin olunub. Dövlətin tikdiyi, inşa etdiyi evlərdə infrastruktur layihələri icra olunmaqla, həm dövlət idarələri, məktəblər, mədəniyyət mərkəzləri, xəstəxanalar da, artıq onların ixtiyarına verilib. Bu, proses hazırda sürətlə davam etdirilir”.

Deputat əlavə edib ki, dövlətlə bərabər həmin yerlərdə layihələr icra edilir, yalnız dövlət layihələri yox, özəl sektorlar da bu proseslərə uğurla qoşulub:

“İndi Füzulidə, Şuşada, Laçında, Ağdamda özəl sektor üçün də artıq inşa ediləcək yerlər var. İnşa olunanlar da var. Bir çox şirkətlər həmin bölgələrdə yerlər icarəyə götürüblər. Böyük bir biznes obyektinin layihəsini də təqdim ediblər. Dövlətlə özəl sektor qarşılıqlı fəaliyyət göstərməlidir. Həmin bölgələrdə iş adamları da çox vacib, lazımlı hər hansısa bir biznes subyektlərinin də yaradılmasında maraqlı olmalıdırlar. Bu mənada sənayə parkları yaradılır, bir çox layihələr özəl sektora onları birləşdirən böyük şirkətlərə təqdim olunur. İctimai iaşə obyektləri, mebel fabrikləri, müəssəsilərin özəl şirkətlərə məxsus olan, obyektlərin başardığını görürük. Bu bölgələrimizdə həm aqrar, həm də turizm potensialı çox böyükdür”.

Seçilən
17
xalq.az

1Mənbələr