Yaponiya öz vətəndaşlarını Livandan çıxarmaq üçün iki hərbi nəqliyyat təyyarəsi göndərib.
Bu barədə NHK məlumat yayıb.
Qeyd edilir ki, Kawasaki C-2 təyyarələri İordaniya və Yunanıstana gələcək və Yaponiya vətəndaşlarının sonrakı təxliyəsi üçün orada hazır vəziyyətdə olacaq.
Bundan əvvəl İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
Mənbə NHK