Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda səfərdə "Aston Villa"ya uduzan "Bayern Münhen"in hücumçusu Harri Keyn məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisinin mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Qarşıda hələ çox oyun var. Onların hər biri bizim üçün vacibdir. Əlbəttə, üzgünük, amma hamımız birlikdə öz səhvlərimiz üzərində öyrənməliyik. Mövsüm hələ yeni başlayıb".
Xatırladaq ki, "Aston Villa" - "Bayern Münhen" qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nihat