AZ

Kızılelma-nın istehsalına start verildi

Yazını böyüt
Yazını kiçilt

Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar Kızılelma ilə bağlı açıqlamalar verib. Teknofest-in keçirildiyi Adanada təşkil edilən proqramda çıxış edən Bayraktar Kızılelma ilə bağlı müjdə verib.

Hafta.az-ın yazdığına görə, təyyarənin kütləvi istehsalına başlanıldığını bildirən Bayraktar, 2026-cı ildə 10-dan çox Kızılelma-nın havada olacağını bildirib.

Bayraktar, “Akıncı 10 ölkədə, Bayraktar TV-2 24 ölkədədir. İnşallah Kızılelma daha çox ölkədə olacaq” deyib.

Təyyarənin bütün komponentlərinin Türkiyə istehsalı olunduğunu qeyd edən Bayraktar, “Yalnız reaktiv mühərrik Ukraynadan gəlir. Biz bu məsələ üzərində işləyirik. Bir neçə il xaricdən asılı olacağıq. 5-6 il sonra Kızılelma-da bir neçə növ mühərrik olacaq” deyə bildirib.

Bayraktar qeyd edib ki, kompüter 20 il əvvəl dünyanın ən yaxşı şahmat oyunçusuna qalib gəldi. Həmin adam 40 ildə yetişdirilmişdi, hansı ki, komputer cəmi bir dəfə düzəldilib. “Təsəvvür edin, Kasparovu hazırlamaq üçün 40 il lazımdırsa, o proqram təminatı bir neçə saniyə çəkir. Siz proqram təminatını öyrədəndə çoxlu pilotlarınız olur" deyib.

Maraqlıdır, Kızılelma hansı funksiya və üstünlüklərə malikdir? Baxaq:

500 Nm iş radiusu, 35 000 Fut əməliyyat yüksəkliyi, 5 saat havada uçuş vaxtı, 6 ton maksimum uçuş çəkisi, 0.6 mach sürət, 1500 kiloqram yükgötürmə qabiliyyəti, avtomatik eniş və qalxma, zəif görünüş, yüksək manevr qabiliyyəti, yüksək görmə xətti və görmə xəttindən uzaqda xəbərləşmə imkanı, qısa uçuş zolağına malik təyyarədaşıyan gəmilərdən uçuş və eniş qabiliyyəti, AESA radarla yüksək məlumatlılıq.

Seçilən
31
hafta.az

1Mənbələr